!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Medera” qan edir, feyk yayır – Arxasındakı güc KİMDİR?

!Reklam – Yazi

Bir daha qayıdaq Ağadadaş Ağayev-Nurəddin Cəlilov qalmaqalına – cəmiyyətdə “baltalı hücum” kimi yayılan hadisəyə.

“Kimdir müqəssir” sualını saxlayın – ardıcıllığa baxın:

– Hadisə 22 iyul səhər tezdən baş verir – olay haqda məlumat 23 iyulda yayılır və məhz bu adla: “Ağadadaş Ağayev adam baltaladı”;

– Yayılan məlumatda “baltalanan adamın” vəziyyətinin ağır olduğu bildirilir;

– Sonra “aydınlaşır” ki, Ağadadaş Ağayev baltalamayıb, baltanı atıb, “Medera” işçisinin ayağına dəyib;

– Sonra “ortaya çıxır” ki, “yaralanan” tibb heyətinin və ya qeydiyyat şöbəsinin işçisi deyil, xadimədir…

– Sonra məlum olur ki, “yaralanan” xadimə-işçi-həkimin balta ayağına dəyib, yaralanmayıb, zədələnib və s.

Gözlər “Medera”ya dikilir, bu klinikadan açıqlamalar istənilir.

Daş kimi susan “Medera” sonadək dayana bilməzdi, nəsə deməliydi və dedi:

– Ağadadaş Ağayev bizim pasiyent deyil, bizdə əməliyyat olunmayıb;

– Gözətçi-qapıçı-mühafizəçi – hələ də statusu bəlli deyil – Nurəddin Cəlilov bizim işçimiz deyil;

– Ayağından xəsarət alan xadimə (klinika onun xadimə olduğunu bildirir) bizim işçimiz deyil və ümumiyyətlə, hadisə klinikanın çölündə olub, klinikaya heç bir aidiyyəti yoxdur.

Amma nə bəlli olur:

– Yayılan ikinci videoda üzə çıxdı ki, “mühafizəçi-qarovulçu-gözətçi-qapıçı-dalandar” – statusu hələ bəlli olmayan şəxs klinikanın içindən çıxır, qapının ağzında əlini belinə qoyub dayanır, Ağadadaş Ağayevin atdığı balta isə klinikanın içinə doğru sürüşür. Nurəddin Cəlilov məhz içəridən dəyənək – ola bilsin ki, tiyəsi çıxan baltanın sapını – götürüb Ağadadaşın üstünə gəlir və onu həm də balta sapı ilə vurur…

– Videodan göründü ki, balta klinikanın ağzından içəri doğru sürüşəndə qapıda kimsə yoxdur – əgər kiminsə ayağına dəyibsə, demək, klinikanın içində olub.

İndi sual 1: “Medera”nın işçisi olmayan Nurəddin Cəlilov klinikanın içində nə gəzirdi?

Sual 2: Baltanın zədələdiyi deyilən xadimə klinikanın işçisi deyilsə, “Medera”nın içini niyə təmizləyirdi?

Sual 3: Olay haqda məlumat sızdırıb, ilk xəbər kimi Ağadadaş Ağayevin kimisə baltaladığı təəssüratını yaradan və xalq artistinə informasiya müharibəsində sarsıdıcı zərbə endirən klinika niyə yaralanan şəxsin fotosunu “əlinin altındakılar”a sızdırmır? Yəni xəsarət alan var, ya yox?

Az öncə Ağadadaş Ağayevin vəkili rəsmi açıqlama yaydı ki, xalq artisti olaydan bir gün öncə məhz “Medera”da qulaq əməliyyatı keçirib və ağrıdan yata bilmədiyi üçün sübh tezdən əməliyyat olunduğu klinikaya da müraciət edib.

Bəs, “Medera” Ağadadaş Ağayevin pasiyenti olmadığını necə deyə bilir? Bir klinika üst-üstə bu qədər yalanı necə danışa bilər?

Vəkilin açıqlamasında daha bir mühüm məqam var: Nurəddin Cəlilov Rusiyada da məhkum olunub, Azərbaycanda da. Azərbaycanda hətta adam oğurluğu kimi ağır cinayətdə ittiham edilib və 9 il cəza çəkib.

9 il adam oğurluğuna görə cəza çəkən, iki dəfə məhkum olunan şəxs bir klinikanın mühafizəçisi ola bilərmi? Onu işə alarkən hansı kriteriyaları əsas götürüblər?

Az qala unutmuşduq, axı klinika belə işçisinin olmadığını deyir.

“Medera”nın hüquqşünası haqsızdırmı?

Qətiyyən: belə görünür ki, “Medera” ştata almadan mühafizəçi işlədir; bu klinika ştatdankənar xadimə işlədir; bu klinika qeydə almadan Ağadadaş Ağayevi əməliyyat edir və s…

Və əməliyyata “ad” qoyur. Sitat: “Ağadadaş Ağayev ümumiyyətlə bizim klinikada qeydiyyatda olmayıb, heç bir həkimimizin xəstəsi də deyil. Sadəcə qulağında xırda bir fəsad olub və ona tibbi yardım göstərilib”.

Tibbi yardım göstərilibsə, niyə qeydə alınmayıb? Pulsuz edilib? Humanitar yardımdır? Bəs, Ağadadaş Ağayevin bu əməliyyata min manat ödəməsi məlumatı?

Baxın mənzərəyə: adam işlədir – qeydə almayıb; əməliyyat aparır – qeydə almayıb. Daha nə? Dövlətdən, vergidən daha nələr gizlədilir?

Faktiki olaraq bu klinika Azərbaycanın bütün qanunlarına tüpürməklə məşğuldur – belə çıxır!

İndi Əmək Müfəttişliyi də işə qarışmalıdır, Vergilər Nazirliyi də, Baş Prokurorluq da – görək, adı Azərbaycan boyda olan bu klinikada nə baş verir?

Bu klinikanın rəhbəri haqda açıqlama yoxdur. Nədir bu klinika? Kimdir bunun arxasındakı şəxs? Niyə bu klinikada baş verən ölümlər belə yat-yut edilir – necə ki, bir müddət öncə qeydiyyat şöbəsində işləyən işçisini bədənşəkilləndirmə əməliyyatında öldürmüşdülər. Bu məlumatı saytlardan yıxışdırmaq üçün sponsorluq etdiyi adamları necə medianın canına salmışdısa, Baş Prokurorluğun faktla bağlı başlatdığı işdən də sonradan heç bir məlumat yayılmadı…

Qayıdaq medianın yanaşmasına: “Medera”nın baş və yaxud ayaq, yainki “dal-qabaq” sponsoru olduğu verilişlərin təmsilçiləri, “Medera”nın reklamını almış media nümayəndələri Ağadadaşdan qatil obrazı yaratmaq üçün hər şeyə çalışır, müxtəlif informasiyalar yayırlar.

Əlbəttə, buna əsası Ağadadaş Ağayev verib – əlinə balta alan xalq artisti bu tənqidləri, hətta bəzi məqamlarda təhqirləri də haqq edir – bu, tamam ayrı söhbətin mövzusudur.

Ancaq adam oğurluğu ilə 9 il yatan Nurəddinə MM-in Mədəniyyət komitəsinin sədri olduğunu “unudub” göz yaşı tökən Fazil Mustafadan tutmuş “Medera”nı səssizcə müdafiə edərək, yıxılan Ağadadaşın başına Cəlilovsayağı təpik ilişdirənlərə qədər – xalq artistinin yaşına, başına, sənətinə, xərçəng xəstəsi olmasına və s. və i.a. niyə acımır?

Yəni insident tam araşdırılmalıdır, “o mənim işçim deyil”, “bu mənim işçim deyil”, “Ağadadaş pasiyentim deyil” deyən klinika ilk növbədə cavab verməlidir./Axar.az

COP29

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv