Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu orqanlarda milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
* * *
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi və şəxsi heyəti Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib.
Ziyarətdə DTX rəisi, general-leytenant Mədət Quliyev və xidmətin əməkdaşları iştirak ediblər.
Ziyarətçilər Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, məzarların üzərinə gül dəstələri düzüblər.
www.yenicag.az