Medianın İnkişafı Agentliyində Media könüllüləri üçün təlim keçirildi - FOTO

media-hightechnic-468x90

17 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media könüllüləri üçün növbəti təlim keçirilib.

Yenicag.az xəbər verir ki, “Media savadlılığı” mövzusunda təşkil olunan təlim çərçivəsində Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin əməkdaşı Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən könüllülərə media savadlılığı anlayışı, kütləvi informasiya vasitələrində yayımlanan məlumatların analizi və medianın cəmiyyətə təsiri haqqında məlumat verilib.

Təlimin sonunda könüllülər üçün mövzu üzrə elektron test təşkil olunub və müvafiq test nəticəsində qalib gələn 3 könüllüyə kitablar hədiyyə edilib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600