Medvedev Bakıdan bu şəkli paylaşdı – 50 min “like” gəldi
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev İrəvandan sonra bu gün Bakıya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Dmitri Medvedev hər iki ölkəyə səfəri ilə bağlı İnstagram sosial şəbəkəsindəki şəxsi hesabında fotolar paylaşıb.
Bakıdan Alov qüllələrinin şəklini paylaşan rus Baş nazir İrəvandan isə ümumi görüntü götürüb.
İrəvandan çəkilən foto dünən, Bakının Alov qüllələri isə 3 saat əvvəl paylaşılsa da, hər ikisinə 50 mindən çox bəyənmə gəlib.