Məhbuslar həbsdən qaçdı

media-hightechnic-468x90

İndoneziyanın Sumatra adasında yerləşən Siak Sri İndrapura şəhərindəki həbsxanadan ən azı 34 məhbus qaçıb.

Yenicag.az xəbər verir ki, məhbuslar həbsxananı qiyamdan sonra tərk ediblər.

Həbsxanada qiyam polis narkotik maddədən istifadə edən məhbuslardan birini saxladıqdan sonra başlayıb. Məhbuslar əvvəlcə həbsxanada yanğın törədib, sonra isə təhlükəsizlik xidmətinin əməkdaşlarını daşa basıblar. Bundan sonra 34 məhbus həbsxanadan qaçıb.

Yanğın söndürüldükdən sonra məhbuslar təxliyə edilib. Polis qaçan məhbusların axtarışını davam etdirir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa