Məhəbbət Vəliyevanın işdən çıxma SƏBƏBİ AÇIQLANDI - YENİLƏNDİ
Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbini açıqlayıb.
Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
***
11:25
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.
M.Vəliyeva 2018-ci ilin iyunun 27-dən təhsil nazirinin müavini vəzifəsini icra edirdi.
O, buna qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri idi.