Məhkəmə “Abzas Media” əməkdaşlarına bu cəzanı verdi

media-hightechnic-468x90

“Abzas Media” əməkdaşlarının cinayət işinin yekun məhkəmə prosesi keçirilib.

Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600