Mehriban Əliyeva Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, “Instagram” hesabındakı paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa