!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova: “Əskim tüstülüdür, bir kəlmə söz deyən kimi…”

!Reklam – Yazi

“Son vaxtlar sosial şəbəkələrə baxmıram. Kim neyləyir, kiminlə dalaşır, kimə nə yazır, özü bilər. Amma mən çoxdandır ki, virtual aləmdə yoxam. Nə izləyirəm, nə də reaksiya verirəm. Bunun də səbəbi var. Çünki əskim tüstülüdür, bir kəlmə söz deyən kimi, onu yüz min yerə yozacaqlar. Mənim heç kimlə işim yoxdur, heç kimin də mənimlə işi olmasın”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.

Aktrisa telekanallara da baxmadığını, yalnız “Xəbərlər” proqramını izlədiyini bildirib:

“Məni maraqlandıran yalnız hadisələrdir, görüm harada nə hadisə baş verib. Bir də maraqlandığım öz sənətimdir. Teatrların açılacağı günü səbirsizliklə gözləyirəm. Bilirsən də, teatrların açılması üçün qurban demişəm. Hər gün teatrın qarşısına gedib o qapıların açılacağı günü gözləyirəm. Ola bilər, seriallara, televiziya proqramlarına çəkildiyi üçün kiməsə teatrın açılması sərf etməsin, amma mənim üçün çox çətindir. Hətta teatrın bufeti üçün belə darıxmışam. Evimdə bir yeməyi boyat yemirəm, amma teatrın bufetində üç gündən qalma yeməyi belə ləzzətlə yeyərəm. Hərdən dostlarıma deyirəm ki, teatr açılsın gedib bir gecə o səhnədə yatacam. Onun tozunu udacam”.

Cəvahir

www.yenicag.az

1228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv