Mehriban Xanlarovanın qızı: "Efirdən sonra dedi ki, səninlə barışmıram"
Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb.
Yenicag.az xəbər verir ki, o bu barədə Aysel “Günə uğurla”da danışıb.
O bildirib ki, anası onunla efirdə barışsa da, sonra barışmadığı deyib:
“Barışmadı. Efirdən sonra dedi ki, səninlə barışmıram. Bir dəfə demişdi ki, ölsəm, ölümün üstünə gəlmə. Nə qədər cəhd etdim, amma barışmadı. Mən 3 yaşımda yetim qalmışam, atam yoxdur, anam xəstə olub vəfat edib. Mehriban xanım mənə xala yox, ana olub. Dörd uşağım onunla qalırdı, iki uşağım rayonda yanımda idi. Bundan əlavə bazarlığımı, geyimimi hər şeyi o alırdı. Mehriban xanımın kaprizlərinə dözməyə hazıram. Kənardan müdaxilə olanda ona inanır. Barmağında balaca yara da olsa, yenə gedərəm. Mənim xalam deyil, anam olub. Onun sayəsində mən Aysel Xanlarovayam. Aramızı vuranlar olub. Nə qədər etsəniz də, ət dırnaqdan ayrılmaz”./Olay/