Məişət əşyaları daşıyan təcili yardım avtomobili ilə bağlı nazirlikdən AÇIQLAMA

media-hightechnic-468x90

Məişət əşyaları yüklənən Təcili Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.

Bunu Yenciag.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur:

“Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600