Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məkkədə 4 mindən çox zəvvar ölüb – Nazirlik açıqladı

08958e9d44fdMəkkədə ölən insanların sayı 4 mini ötüb.

Bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin konkret sayının 4173 nəfər olduğu bildirilir.

Səhiyyə naziri Xalid al-Falehin sözlərinə görə, faciənin araşdırması tez bir zamanda yekunlaşacaq və nəticələr geniş ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, daha əvvəl İran hökuməti ölənlərin sayının 853 yox, 4000-ə yaxın olduğunu açıqlasa da, Səudiyyə Ərəbistanı bu iddianı rədd edirdi.

Xatırladaq ki, sentyabrın 25-də Məkkədəki Mina dağında yaranmış izdiham nəticəsində yüzlərlə şəxs ayaq altında qalmışdı. Ölənlərdən əksəriyyəti Afrika ölkələri vətəndaşları idi. Mərhumların arasında 239 iranlı zəvvar da olub.

www.yenicag.az

571