Məktəbli qızın qətlinin təfərrüatları məlum olub-Foto

media-hightechnic-468x90

94306Bakıda 17 yaşlı məktəbli qızın qətlinin təfərrüatları məlum olub.

Qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov hadisəni qısqanclıq üzündən törədib.

Belə ki, Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib.

“Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda istintaq işləri aparılır.

Xatırladaq ki, Xətai rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Nazim qızı Babayeva Bəhruz Nuriyev küçəsi 81 ünvanında vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600