Məktləblərdə kütləvi ixtisarlar aparılır
Laçın məktəblərində kütləvi ixtisarlar aparılır.
Barədə məlumatı rayon icra başcısı Akif Səlimov verib. Rayon rəhbəri bildirib ki ,məktəblərdə adı olub özü işə getməyən texniki işcilər və müəllimlərin icra hakimiyyəti tərəfindən hesabatı aparılıb.
Məlum olub ki, rayonun orta məktəblərində bu cür hallar çoxdur. Araşdırma zamanı direktorların öz ailə üzvüləri və yaxınlarınının adını məktəbə yazdırdıqları da ortaya çıxıb. Yeni dərs ili başlayandan bu cür müəllimlər və texniki işcilər tutduqları vəzifədən azad edilir.Təhsil ocaqlarında boş iş yerlərinə işini yaxşı bilən ehtiyacı olanlar qəbul ediləcək. (qafqazinfo.az)