Məmmədyarovla Lavrov arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.

Nazirlər Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) beşinci sammitinin sənədlərinin hazırlanması istiqamətində işləri müzakirə ediblər.

Qeyd edək ki, Xəzəryanı ölkələrin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur, lakin tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib. Xəzəryanı ölkələrin sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması təklif olunur. Sənəd Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında su ehtiyatlarının istifadəsini tənzimləməlidir. Onun razılaşdırılması artıq bir neçə ildir ki, davam edir.

COP29