!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurların seçkilərdə “monopoliya” İSTƏKLƏRİ: Zaur Hüseynov bu dairələri ələ keçirmək istəyir - TƏFƏRRÜAT

!Reklam – Yazi

 

Azərbaycanda artıq seçki prosesinə start verilib. Deputatlığa namizəd olmaq istəyən vətəndaşlar sənədlərini dairə seçki komissiyalarına təqdim etməyə başlayıblar. Ölkədə fəaliyyət göstərən bir çox siyasi partiya seçkilərlə bağlı qərarlarını və namizədlər siyahısını açıqlayıb. Başlayan proses onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkiləri gərgin demokratik rəqabət və siyasi fəallıqla müşayiət olunaraq keçiriləcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bir çox məmur da istəyir ki, yeni formalaşacaq Milli Məclisdə öz deputatları ilə təmsil olunsun. Seçkilərə müdaxilə edib, öz nümayəndəsi ilə parlamentdə təmsil olunmaq məmurlardan biri də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovdur. Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində də Z.Hüseynov öz nümayəndələri ilə parlamentdə təmsil olunmaq üçün işlər görürdü.

Əldə etdiyimiz məlumata görə, Z.Hüseynov yenidən seçkilərlə bağlı işlərə başlayıb. Artıq onun bu kampaniya üçün görüşlərə başladığı barədə məlumatlar var. O, 60 saylı Salyan-Neftçala və 61 saylı Neftçala seçki dairlərindən öz adamını namizəd kimi irəli sürüb, bununla da parlamentdə özünün nümayəndələri ilə təmsil olunmaq istəyir. Seçkilərdə “lobbiçilik siyasəti” sevdasına düşən Z.Hüseynov yuxarı instansiyalara da yanlış iformasiya verməyə çalışır ki, həmin namizədlər deputat olmazsa, 60 saylı Salyan-Neftçala və 61 saylı Neftçala seçki dairələrində problemlər yaşana bilər.

Xatırladaq ki, hələ 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada özünün filialını açmaq istəyən dövlət qurumlarının rəhbərlərinə xəbərdarlıq etmişdi. Ölkə başçısı o zaman xatırlatmışdı ki, Şuşada quruculuq işləri aparılmalıdır, amma məmurlar isə başqa şeylər arzusundadırlar. Dövlət başçısının qətiyyətli mövqeyi ilə bəzi qurum rəhbərlərinin gözlərini Şuşaya dikməsinin qarşısı alındı.

İnanırıq ki, ölkədə seçki kampaniyası zamanı azad rəqabət və gərgin demokratik siyasi mübarisə seçkilərə müdaxilə etmək istəyən məmurların istəklərini təsirsiz edəcək.

Yenicag.az mövzunu diqqətdə saxlayacağını bildirir və qeyd edir ki, yazıdakı məlumatlarla bağlı adı çəkilən qurum rəhbərinin mövqeyini dərc etməyə hazırdır.

Yenicag.az

COP29

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv