“Məncə erkən öləcəm”

media-hightechnic-468x90

63002“Məncə mən erkən öləcəm”. Bunu Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsində də iştirak edən müğənni Can Bonomo deyib.

O, hər şeydən bezəndə qaçmaq istədiyini desədə bunun mümkün olmadığını deyir. Çünki hara gedərsə getsin problemlərdə onunla gəlir.

“Mənim ən başdan məşğul olmaq istədiyim bir musiqi növü olub. Bu “İstanbul musiqisi”dir deyərdim. Təlatümlü, lakin gözəl. Mənim heç vaxt 100 faiz istirahət etmək şansım yoxdur. Hər şeyi ürəyimə salıram”.

Bonomo ədəbiyyatdan ayrılmasının mümkün olmadığını deyir. Gənc müğənni günün yazmaq ilə keçdiyini qeyd edir. Bu yazılanların bəziləri mahnı sözü, bəziləri köşə yazısı olur. Çoxu isə zibilə atılır.

“May ayında sərgi açmağı planlaşdırıram. Rəsmlərim də çoxdur”.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600