“Mənim ölümüm üçün cadu etdirənlər var”
Xalq artisti İlhamə Quliyeva “Hər şey daxil” verilişinin qonağı olub.
Xalq artisti qalmaqal yaradanlar sənəçilərdən söhbət açıb:
“Mən yaxşı insanları çox istəmək, onlara yaxşılıq etmək üçün yaranmışam. Allah məni çox istəyir. Bəzi naşı kəslər efirə çıxıb yaşa dolmuş sənətkarlar üçün xoşagəlməz sözlər işlədirlər. Deyirlər ki, bir ayağı evdə, bir ayağı gordadır. Hələ bilinmir gora kim gedəcək. Sənətkar qaldıqca qiyməti artır. Bu danışanların nə hüququ var ki, belə danışır? Bu danışanların kökü bilinmir. Xalq artistləri də var ki, efirdən sətiraltı atmacalar atır. Onlar bilməlidrlər ki, o ada layiq görülmələrində bizim də əməyimiz var”.
Daha sonra xalq artisti cadu etdirən ifaçılardan danışıb:
“Nəzərə çox inanıram, köməkçim hər tədbirdən qayıdanda üzərlik yandırır. Cadu etdirən ifaçılar çoxdur. Dubaya gedirlər, orada bir adaya yollanırlar və adlı-sanlı adamlar üçün cadu etdirirlər. Biri qadındır, biri kişidir. Adlarını açıqlamaq istəmirəm, çünki ona kişi demək olmaz. Çaşsalar, adlarını açıqlayacam. Allah bizi qoruyur, mənim ölümüm üçün cadu etdirənlər var”.