“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” - Misir Mərdanov

media-hightechnic-468x90

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən danışıb. 

Yenicag.az xəbər verir ki, sabiq təhsil naziri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:

“Rəhbəri olduğum Riyaziyyat və Mexanika İnstitutu da nazirliyin balansına keçib. Nazir gəlib institutla ilə tanış oldu. Yanvar ayının 1-də nazirliyə keçidlə əlaqədar müzakirələr apardıq”.

Misir Mərdanov həmçinin bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsində qalıb-qalmaması məsələsinə sonra baxılacaq:

“Mənim vəzifədə qalmağım dəqiq bilinmir. Bu məsələ nazir və sözügedən qurumun vəzifəli şəxslərindən aslıdır. Görüşdə bu məsələ müzakirə mövzusu olmadı”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa