Türkiyədə qəribə oğurluq – İnsanlar çox qəzəbləndi – VİDEO
Türkiyədə qəribə oğurluq hadisəsi baş verib.
Yenicag.az “Anadolu Agency”yə istinadən xəbər verir ki, Türkiyədə küçədə gedərkən anidən halı pisləşən adama bir şəxs yardım etmək məqsədilə yaxınlaşıb.
Daha sonra fikrindən daşınan şəxs yerdə qalan adama yardım etmək əvəzinə çantasını yoxlayıb. Dəyərli heç nə tapmayan adam yerdə uzananın arxa cibindən 6000 TL çıxararaq halı pisləşən şəxsi yolda qoyaraq qaçıb.
Vətəndaşlar məsələyə ciddi narazılıq etdikdən sonra oğurluq əməlini törətməkdə şübhəli bilinən R. Y. saatlarla çəkən kamera axtarışı sonrasında polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə şəxs həbs edilib.
Nurlan Cəfəri













