!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənşəyi məlum olmayan ətin müayinəsi başa çatdı

!Reklam – Yazi

224fc882-9fe9-4e4b-954d-ba19ab09eea4Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

30 noyabr 2015-ci il tarixində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılmışdır.

Cəmdəklərə baxış keçirilən zaman heç bir müşayətedici baytarlıq və digər sənədlərin olmadığı müəyyən edilmişdir. Həmçinin heyvan cəmdəklərinin mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olmuşdur. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün Respublika Baytarlıq Laboratoriyasına 18 nümunə təqdim edilmişdir.

Götürülən nümunələrdə bakterioloji, mikroskopiki və kimya-toksikoloji müayinələr aparılmışdır. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliyinin törədicisi müəyyən olunmuşdur. Biokimyəvi müaynə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də daxil olan onlardan 13-nün ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilmişdir.
Aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermiədiyi üçün satış məqsədi ilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsnə qərar verilmişdir.

Ətlərin zərərsizləşdirilməsi tədbiri bu günlərdə həyata keçiriləcəkdir.

Mətbuat katibi: Yolçu (Xanvəli) Həsənov

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv