Mənsum İbrahimovun ƏN BÖYÜK ARZUSU: “Əhd etmişəm ki, Ağdam məscidində…”

“Arzum vardı, artıq gerçəkləşdi, əhd etmişdim ki, Ağdam məscidində azan verim”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, xanəndə Mənsum Ibrahimov düşmən işğalından azad edilən Ağdamla bağlı sevincini bölüşərkən deyib.

Ağdamda doğulan xanəndə arzusuna çatdığını bildirib:

“Şükür yaradana ki, illərlə həsrətində olduğumuz torpağımıza qovuşduq. Arzum vardı, artıq gerçəkləşdi. Əhd etmişdim ki, Ağdam məscidində azan verim. Gedib o torpaqları öpəcəm. Ağdam bizim qibləgahımızdır. Ağdam böyük mədəniyyət mərkəzidir, böyük alimlər, ziyalılar, sənətkarlar yetişdirən bir bölgədir. Şükür olsun qovuşdurana. Ali baş komandanımızın rəhbərliyi ilə Ordumuz böyük bir qəhrəmanlıq dastanı yazdı. Allah şəhidlərimizin ruhunu şad etsin, onların ruhu qarşısında baş əyirəm. Öz ailəmizdən də iki şəhid verdik. Şəhidlərimizin sayəsində biz torpaqlarımızı qaytara bildik. Xalqımın gözü aydın olsun”.

Cəvahir