Mənzil bazarında qiymət artımı ilə bağlı rəsmi açıqlama

media-hightechnic-468x90

Azərbaycanda mənzil bazarında qiymət artım tempində sabitləşmə müşahidə olunur.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə Hesabatı”nda bildirilib.

Hesabata əsasən, bu il yanvarın 1-nə Azərbaycanda mənzil bazarında qiymət artımı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12.2% olub. İlkin bazar (yeni tikilən evlər) üzrə 12.7%, təkrar bazar (köhnə mənzillər) üzrə isə 12.2% artım müşahidə edilib. Son ildə ilkin bazar üzrə artım tempi sabit olsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpıb.

Həmçinin qeyd olunub ki, 2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini üstələsə də, onlar arasındakı fərq il ərzində tədricən azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sonu ilə müqayisədə ötən il mənzil qiymətləri 12.2%, sərəncamda qalan gəlirlər isə 7.6% artıb. Bununla belə, əsasən mənzil qiymətlərinin artım tempinin azalması fonunda iki göstərici arasındakı fərq il ərzində tədricən azalıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05