“Mənzil bazarında qiymət artımına gətirib çıxaracaq”

media-hightechnic-468x90

vuqarbayramovManatın dollara nisbətən qiymətinin aşağı düşməsi mənzil bazarına da öz təsirini göstərib. Ev alqı-satqısı ilə məşğul olan sahibkarlar bildirirlər ki, mənzillərin qiymətində artım mənzil sahiblərindən asılıdır. Yəni ki, evini satışa çıxaran hər hansı bir mənzil sahibi əgər evini əvvəllər manatla satışa qoymuşdusa, indi isə həmin mənzili avro və ya dollarla satır.

Məsələ ilə əlaqədar olaraq açıqlama verən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, mənzil bazarında aparılan monitorinqlər onu göstərir ki, qiymət artımları baş vermir: “Sadəcə, mənzil bazarında təklif qiymətinin artımı müşahidə edilir. Yəni əvvəllər manatla öz mənzillərini təklif edən ev sahibləri, indi isə öz mənzillərini dollar və ya avro ilə təklif edirlər. Yəni əvvəllər 100 min manata təklif olunan mənzil, indi 100 min dollara və ya avroya təklif edilir ki, bu da avtomatik olaraq həmin mənzillərin dollar və ya avro ifadəsində qiymətlərin yüksəlməsi anlamına gəlir. Təklif qiymətinin artmasından söhbət gedir. Mənzil sahibləri daha yüksək qiymətə öz mənzillərini təklif edirlər. Nəzərə alsaq ki, mənzil bazarına tələbat azdır, mənzil bazarında alıcıların sayı olduqca məhduddur və praktik olaraq 2014-cü ilin payızından sonra mənzil bazarında bu qədər az aşağı səviyyədə tələbin və az alıcıların olması müşahidə edilməyib. Ona görə də, təklif qiyməti artır və mənzil sahibləri çalışırlar ki, manatın devalvasiyasından sonra mənzilləri daha yüksək qiymətə satsınlar. Baxmayaraq ki, manatın devalvasiyası ilə mənzillərin qiyməti arasında hər hansı bir əlaqə yoxdur. Azərbaycanda mənzillərin qiyməti ümumiyyətlə baha idi. Ona görə də, güman olunmur ki, devalvasiya eyni zamanda təklif qiymətinin artması nəticə etibarı ilə mənzil bazarında qiymət artımına gətirib çıxaracaq”.

İqtisadçı alim vurğulayıb ki, mənzil bazarında kəskin qiymət artımlarını proqnozlaşdırmırıq: “Çünki tələbat olduğu üçün təklif qiymətinin artması nəticədə mənzillərin qiymətinin artmasına gətirib çıxarmayacaq. Ona görə də mövcud tələbin aşağı səviyyədə olduğunu, alıcıların sayının az olduğunu, Rusiyadakı iqtisadi böhranın davam etdiyini, mövcud qiymətin aşağı səviyyədə qaldığını nəzərə alaraq, biz proqnozlaşdırırıq ki, 2015-ci ildə təklif qiymətinin artmasına baxmayaraq, real alqı-satqı qiyməti əvvəlkinə nisbətən təxminən 5% aşağı düşəcək. Ona görə də real alqı-satqı qiymətlərində artım deyil, azalma proqnozlaşdırılır. Müəyyən müddətdən sonra artıq mənzil sahibləri qiymət strukturuna, eləcə də alıcıların sayına adaptasiya olunduqdan sonra onlar yenidən təklif qiymətini aşağı salacaqlar ki, ölkədə mənzil bazarının real qiymətin aşağı düşməsinə gətirib çıxaracaq”(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600