Mənzildən 6 aylıq körpə cəsədi tapıldı
Yenicag.az xəbər verir ki, Almaniyanın Fulda şəhərində dəhşətli hadisə yaşanıb. Beləki, polis mənzildə 6 aydır qalan körpə cəsədi aşkarlayıb.
Araşdırma nəticəsində körpənin altı aylıq olduğu müəyyən olunub. Baş prokuror Lars Streiberger açıqlamasında “bunun bir qəza olduğunu düşünürük” deyib.
Cəsədi tapılan körpənin anası, yuxuda olarkən istəmədən uşağı əzdiyini etiraf edib. Hadisənin nə zaman baş verdiyini isə valideynlərin də bilməməsi səbəbi ilə tam olaraq müəyyən etmək mümkün olmayıb. “Qəsdən öldürmə cinayəti deyil” deyə prokuror vurğulayıb.
Məlumata görə, körpələri faciəvi şəkildə öldükdən sonra ana və ata qorxularından aylardır həmin evdə qalmırdılar.