Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli deyib.
V. Səfərli bildirib ki, bina istismara tam hazırdır, sənədləşmə işləri artıq başa çatıb: “Mənzillərin açarları gələn həftə sahiblərinə təqdim olunacaq”.(APA)
www.yenicag.az