Mərakeş səfiri AMEA-nın qonağı olub

media-hightechnic-468x90

30381Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub. Yenicag.az apa-ya istinadən xəbər verir ki, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycanın kitabxanaçılıq tarixində ən müasir proqram və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu qonağın diqqətinə çatdırıb.

L. İmanova bildirib ki, Mərakeş və Azərbaycan kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün imkanlar mövcuddur.

Səfir Həsən Hami Mərkəzi Elmi Kitabxana ilə tanışlığından məmnun olduğunu söyləyib. O qeyd edib ki, Mərakeş və Azərbaycan kitabxanaçılarının müştərək layihələr həyata keçirməsi və təcrübə mübadiləsinin yaradılması üçün səfirlik tərəfindən addımlar atılacaq: “Bu kitabxana ilə tanış olmaq məndə xoş təəssürat yaratdı. Hesab edirəm ki, hər iki ölkənin kitabxana mütəxəssisləri görüşüb fikir mübadiləsi apar bilər, hər iki ölkədə elmi konfranslar keçirə bilərik. Bu, Azərbaycan və Mərakeş kitabxanalarının daha da inkişaf etməsinə gətirib çıxarar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600