Mərakeşli biznesmen Azərbaycan klubunu alır

media-hightechnic-468x90

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

Yenicag.az Offsideplus.az-a istinadən xəbər verir ki, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin “İmişli” komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.

Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa