CHP-nin həmləsi ilə seçkilərdə iştirak etmə şansı əldə edən İYİ Partiyanın sədri Meral Akşener jurnalist İsmayıl Küçükkayaya müsahibə verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Akşener partiyasının 20 millət vəkili sayına çatdığını və 100 min imza ilə prezidentliyə namizəd olacağını söyləyib.
“Heç bir halda və heç kim üçün namizədlikdən imtina etməyəcəyəm. 20 millət vəkili ilə parlament seçkilərinə qatılmağımıza baxmayaraq, 100 min imza ilə namizəd olacağam”.
Həmçinin xanım siyasətçi onu da əlavə edib ki, Abdullah Gül üçün də namizədliyini geri çəkməyəcək.
Jurnalistin “Twitter” hesabında paylaşdığı tvitləri təqdim edirik:
www.yenicag.az