Mərasimlərin keçirildiyi məkanlarla bağlı YENİ ŞƏRTLƏR

media-hightechnic-468x90

“Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər” təsdiq edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, sənəd nişan, toy və digər şənlik mərasimlərində (bundan sonra “şənlik mərasimləri”) çalışan əməkdaşların və qonaqların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına və bu infeksiyaya qarşı aparılan mübarizədə əldə olunmuş təcrübələrə əsaslanaraq tərtib olunub.

Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara olan tələblər aşağıdakılardır:

– şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;

– şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;

– gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;

– girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;

– girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;

– təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;

– xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;

– xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;

– şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;

– şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05