Mərhum generalın xanımından ŞİKAYƏT: "Ekspert yalan deyir, hakim faktları gizlədir" - VİDEO

media-hightechnic-468x90

2020-ci il avqustun 10-da ürək çatışmazlığından vəfat edən Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi, general-leytenant Fuad Məmmədovun ailəsində əmlak bölgüsü ilə bağlı qalmaqal səngimir. 4 ildən çoxdur davam edən məhkəmə çəkişmələri hələ də nəticəsiz qalıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, mərhum generalın həyat yoldaşı Gülsuqra Məmmədova redaksiyamıza müraciət edərək, məhkəmə prosesindəki qərəzlilikdən və vərəsəlik hüquqlarının pozulmasından şikayət edib.

G. Məmmədovanın sözlərinə görə, həyat yoldaşının vəfatından sonra iki övladı vərəsəlik hüququ qazansa da, Səbail Rayon Məhkəməsində və Apellyasiya Məhkəməsində ədalətsiz yanaşma ilə qarşılaşıblar:

“Hazırda işimiz hakim Günay Axundovanın icraatındadır. Söhbət Mərdəkan qəsəbəsində yerləşən 10 və 3 sotluq torpaq sahələrindən gedir. Ümumilikdə 4 vərəsə var. Ekspert qərəzli şəkildə qeyd edir ki, bu torpaq bölünmür, çünki yola çıxışı yoxdur. Halbuki, həmin ərazidə yol var və o yolu digər tərəf özü asfaltlatdırıb. Ekspert faktları qəsdən gizlədir”.

Şikayətçi bildirir ki, hakim əmlakın real dəyərinin müəyyən edilməsinə mane olur:

“Qiymətləndirmə mütəxəssisi apardım, lakin əraziyə buraxmadılar. Qiymətləndirmə xidməti hakimə müraciət edərək bildirdi ki, biz tikililəri görmədən, kvadratını ölçmədən qiymət qoya bilmərik. Hakim isə cavabında əmlakın “nəzəri qaydada” qiymətləndirilməsinə etiraz etmədiyini yazır. Bahalı əmlakı görmədən necə qiymətləndirmək olar? Bu, açıq-aşkar qərəzdir”.

G. Məmmədova generalın adında olan avtomobillərin də digər tərəf tərəfindən mənimsənildiyini iddia edir:

“Yoldaşımdan iki avtomobil qalıb. Heç bir etibarnamə və vərəsəlik sənədi olmadan, qarşı tərəf bu maşınları 6 ildir qanunsuz şəkildə istifadə edir. Avtomobillər köhnəlir, amortizasiya olunur, dəyəri düşür. 2024-cü ildə bununla bağlı hakimə müraciət etdik, lakin rədd cavabı aldıq”.

Sonda G. Məmmədova aidiyyatı qurumlardan kömək istəyərək ədalətin bərpa olunmasını tələb edib:

“5 ildir məhkəmə yollarında sürünürük. İki uşağın haqqı hakim Günay Axundova tərəfindən tapdalanır. Qarşı tərəf torpaqları zəbt edib, yolu bağlayıb. Biz sadəcə ədalətin bərpa olunmasını və vərəsəlik payımızın düzgün bölünməsini istəyirik”.

 

 

Sözügedən məsələdə adıçəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq

Yenicag.az

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05