Mərkəzi Asiyaya gedən yol Bakıdan keçir: "Ermənistanın türk dünyasına inteqrasiya olmaq istəyi real deyil"

media-hightechnic-468x90

“İrəvan yaxşı başa düşür ki, nəqliyyat yolları, bazarlara çıxış və regional proseslər Bakı olmadan açılmır”.

Bunu politoloq Əlabbas Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycan Prezident İlham Əliyevin Mərkəzi Asiyaya səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Astana səfərinin Ermənistanın türk dünyası ilə yaxınlaşmaq istəməsi istiqamətdə şərh edib:

“Ermənistan bölgədə dəyişən güc balansına uyğunlaşmaq istəyir. Bu, artıq onun üçün məcburi istiqamətdir. Ermənistan yaxşı bilir ki, Azərbaycan son illər siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya ilə əlaqələrini gücləndirir və regionda əsas körpü rolunu oynayır. Belə vəziyyət isə Ermənistanın seçim imkanlarını daraldır.

İrəvan yaxşı başa düşür ki, nəqliyyat yolları, bazarlara çıxış və regional proseslər Bakı olmadan açılmır. Buna görə də Paşinyanın Qazaxıstanla strateji tərəfdaşlıq elan etməsi, Ermənistanın türk ölkələrinə ideoloji yaxınlaşması kimi deyil, daha çox özünü blokadadan çıxarmaq və iqtisadi nəfəs yolu açmaq cəhdi kimi qiymətləndirilə bilər”.

O qeyd edib ki, Ermənistanın türk dünyasına inteqrasiya olmaq istəyi real deyil:

“Sadəcə regionda güclənən yeni vəziyyətə uyğunlaşmağa çalışır. Astanaya səfər də göstərir ki, bu gün Mərkəzi Asiyaya yol Bakıdan keçir. Ermənistan artıq başqa çıxış yolu olmadığını qəbul edir. Bu isə, öz növbəsində, Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirir. Onun nə qədər mühüm söz sahibinə çevrildiyini bir daha göstərir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa