Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

media-hightechnic-468x90

Avqustun 28-29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Yenicag.az-a bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər. Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur. Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda, hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600