Məscid yandrınanın anası imtina etdi-Video
Bakının Qaraçuur məscidində yanğın törədən “PKK”nın Azərbaycandakı qeyri-rəsmi qanadı “Yekbun” təşkilatının üzvlərindən biri Namiq Nəsibovun anası oğlundan imtina edib.
Nailə Nəsibova müsahibəsində oğlunun məsciddə törətdiyi yanğın, Suriyanın Kobani şəhərində kürd silahlılarına qoşulmasından sonra bütün qohumlarının ondan üz döndərdiyini deyir.
“Biz dövlətdə bir millətik, bizim başqa dövlətimiz yoxdur. Azərbaycanda kürd cəmiyyəti nəyə lazımdır? Özümüzün öz cəmiyyətimiz, Azərbaycanımız, millətimiz var. Biz bir millətik. Namiq getdi və bütün nəsil ondan imtina etdi. Çünki bu yaxşı bir məsələ deyildi. Eyni zamanda da atasına layiq deyildi, dövlətə qarşı çıxırdı”,m deyə Nailə Nəsibova dedi.
Həyat yoldaşı Milli Qəhrəman olan ana oğlunun etdiklərinə görə xəcalət çəkdiyini deyir. Nailə Nəsibovanın bundan əvvəl oğlu Namiqin hansısa təşkilata qoşulması ilə polisə məlumat veribmiş. Həmin vaxt polis ananın şikayəti əsasında onu saxlasa da, sonradan sərbəst buraxıb. Əslən Laçın rayonundan olan valideyni bildirib ki, oğlunun Kürdüstan bayrağı ilə Suriyaya kimin vasitəsilə və niyə getdiyindən xəbəri olmayıb. Anası vurğulayıb ki, oğlu içki aludəçisi olub. O, Bakıda işlədiyi Təcili Tibbi Yardım Stansiyasından bir neçə dəfə buna görə xaric olunub. Ali təhsilli həkim olan Namiq Kobanidə “İŞİD”ə qarşı döyüşlərdə yaralanan kürd peşmərgələrin xəstəxanada tədaviyəsilə məşğul imiş.
Namiqin anası Nailə Nəsibovanın sözlərinə görə, Namiq heç vaxt evə öz yoldaşlarını gətirməyib: “Mən onları tanımıram və görməmişəm”.
Bu arada daha bir Kürd təşkilatı Qaraçuxur məscidini yandıran “PKK” terror təşkilatının Azərbaycandakı qeyri-rəsmi qanadı sayılan “Yekbun” təşkiltanın üzvləri Namiq Nəsibov və Elnur Ələkbərovun hərəkətlərini pisləyiblər. Kürd gənclər təşkilatının sədri Nicat onların bu hərəkətini pisləyən bəyanatla çıxış edib:
“Bu, cılız və aciz insanların etdiyi bir hərəkətdir. Bu hadisə kürd gənclərini həddən artıq hiddətləndirib. Çünki bu Azərbaycanda milli və dini qarşıdurmaya gətirib çıxara bilər”.
Bundan əvvəl isə Azərbaycandakı “Ronayi” Kürd Mədəniyyət Mərkəzi Qaraçuxur məscidində terror aktı törədən şəxsləri qınayıb. Məscidi yandıran şəxs radikal mövqeyinə görə, mərkəzdən də uzaqlaşdırılıb. Namiq Nəsibov Elnur Ələkbərovla birgə Qaraçuxur məscidinin şüşəsini sındıraraq əvvəlcədən hazırladığı “Molotov kokteyli” ilə orada yanğın törədib. MTN-nin anti-teror əməliyyatı zamanı müəyyən edilib ki, onlar “PKK” terror təşkilatının Bakıda qeyri-rəsmi qanıdı “Yekbun” təşkilatı yaradıb. Özünə tərəfdarlar toplamağa başlayıblar. (anstv)