!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məsciddə terrordan sonra Yeni Zenlandiya silah haqqında qanunu dəyişir

!Reklam – Yazi

Yeni Zelandiyada baş verən terror aktından sonra silah haqqında qanuna yenidən baxmaq niyyətindədirlər.

Yenicag.az xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb. Qəzet ölkənin Baş naziri Casinda Ardernin bu sözlərini sitat gətirib: “Bizim cavabımız təcili olacaq, odlu silahlar barədə qanun dəyişdiriləcək”.

Hazırda Yeni Zelandiyanın 16 yaşdan yuxarı istənilən vətəndaşı cəmi 25 dollara odlu silah gəzdirməyə lisenziya ala bilər. Bu hüquq öz ölkələrində polis tərəfindən verilən icazəni təqdim edən turistlərə də şamil olunur. Turistə odlu silah gəzdirmək üçün verilən lisenziya 12 ay ərzində qüvvədə qalır. Həmçinin Yeni Zelandiyada döyüş sursatının həcminə məhdudiyyət qoyulmur, odlu silah və onun sahibi barədə reyestr mövcud deyil.

Christchurch şəhərində 50 nəfər qətlə yetirildikdən sonra Baş nazir Casinda Ardern “silah haqqında qanunda təcili islahat aparılmalı” olduğunu bildirib. Onun məlumatına görə, cinayəti törətməkdə ittiham edilən Avstraliya vətəndaşı Brenton Tarrant 2017-ci ildə Yeni Zelandiyada sadələşdirilmiş lisenziya alıb.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə cümə namazı vaxtı silahlı hücum təşkil edilib. Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb, daha 50-yə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır, onlardan 10 nəfəri reanimasiyaya yerləşdirilib./AZƏRTAC/

COP29

www.yenicag.az

4355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv