!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məscidləri bağlayan Almaniya bir terrorçu üçün əl-ayağa düşüb

!Reklam – Yazi

Türkiyənin terrorçu PKK ilə mübarizəsindən narahat olan Almaniya öz qanunlarına da məhəl qoymur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın təbliğatını aparan “jurnalist”in həbsinə görə rahatlığı pozulan Almaniya heç bir qanuni əsas olmadan ölkədəki məscidlərin bağlanması üçün canfəşanlıq edir.
Terror təbliğatı aparan “jurnalist”in həbsindən narahatlğını gizlətməyən Almaniya görəsən, hansı əsasla Berlindəki bir məscidin fəaliyyətini dayandıraraq, qapısından alman və türk dillərində “bu məscid müddətsiz olaraq bağlanıb” lövhəsini asıb?

Bəlkə bu addım Almaniyanın terrorla mübarizəyə dair qanunvericiliyə yeni əlavə edilmiş “terrora çağırış etmək cinayətdir” maddəsi əsasında atılıb?

O halda hansı haqla terrorçu PKK-nın media ruporu olan bir qəzetdə bu təşkilatın sözçülüyünü edən şəxsin həbsinə niyə etiraz edirlər?

Berlindəki məscidin bağlanmasının səbəbi də təəccüblü və müəmmalıdır. Xatırladaq ki, ötən ilin dekabrında İŞİD üzvü olan Anis Əmiri adlı Tunis vətəndaşı yük maşınını Yeni il yarmarkasında kütlənin üstünə sürərək, 12 nəfəri öldürmüşdü. Əmiri daha sonra İtaliyaya keçərək, yerli polislə atışmada məhv edilib. Onun hərəkət marşrutunu araşdıran alman polisi isə Əmirinin bir neçə dəfə Berlindəki “Fussilet 33” məscidinə getdiyini müəyyənləşdirib. Bu fakt da məscidin bağlanmasına “əsas” yaradıb. Fevralın 15-də Berlinin dairə məhkəməsi həmin məscidin bağlanması barədə hökm çıxarıb.

Məscidin bağlanmasına dair qərardan bir neçə saat əvvəl isə Almaniya qəzetlərindən birinin Türkiyədəki “müxbiri” kimi çalışan, əslində isə terrorçu PKK-nın təbliğatını aparan ikili vətəndaşlığa (Türkiyə və Almaniya) malik şəxs həbs olunub. Jurnalist qiyafəsi ilə pərdələnən həmin şəxs PKK-nın məskəni olan Qəndil dağlarını “su yolu”na çevirərək, verdiyi reportajlarla terrorçuların təbliğatını aparıb. Bu “jurnalist” Cizrədən hazırladığı xəbərdə də PKK-nı təbliğ etməkdən çəkinməyib.

O baxımdan, qəzetdəki yazıları, xəbərləri dəlil kimi götürülərək, nəzarət altına alınıb. Daha sonra isə mühakimə edilərək, məhkəmə qərarı ilə həbs olunub. Yəni Almaniya terrorçu PKK-nın təbliğatını aparan şəxsin həbsindən sonra neçə gündür ki, özünə gəlmir.

Ona görə də, Almaniyanı “öz dili”ndə başa salmaq lazımdır. Almaniyada da Avropa İttifaqının (Aİ) terrorla mübarizəyə qarşı təkmilləşdirilmiş qanunu qüvvədədir. Həmin qanunda açıq yazılıb ki, “Terror hücumuna çağırış etmək və terroru təbliğ edən açıqlamalar vermək cinayət məsuliyyəti yaradır”. Almaniya parlamenti bu maddələri iki həftə əvvəl – alman deputat Monika Holmayerin təqdimatı əsasında qəbul edib.
Yəni terroru təbliğ edən açıqlama vermək cinayətdir. Türkiyədə həbs olunan alman “jurnalist” də məhz buna görə məsuliyyətə cəlb olunub.

Almaniya isə öldürülmüş bir İŞİD-çinin nə vaxtsa getdiyi məscidin bağlanmasına qərar verir. Hansı əsasla? Yeni qəbul olunmuş terrora çağırış maddəsinə uyğun olaraq.

Belə çıxır ki, Almaniyada “terrorla mübarizə” adı altında məscidləri bağlaya, müsəlmanların evlərinə basqın edə və onları həbsə ata bilərlər.

Ancaq Türkiyə terrorla mübarizə aparmamalı, PKK-nı rahat buraxmalıdır…

Yeniçağ.Az

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv