“Bozun 50 çaları” filminin ulduzu, dünyaca məşhur aktrisa Dakota Conson “2018 Mərakeş Film Festivalı”nın bağlanışında mavi ziyafət libası və dərin dekoltesi ilə göz qamaşdırıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, aşırı dekoltesi ilə bütün diqqətləri üzərinə çəkən 29 yaşlı aktrisa festivalın builki munsiflər heyətində yer alıb. O, aktyor Ceymi Dornanla filmdə olan sevişmə səhnələri ilə bağlı maraqlı açıqlamalar edib. “Sevişmə səhnələrində hər şey göründüyü kimi deyil. Bəzən bir səhnəni çəkmək üçün 7 saat vaxt sərf olunur. Bu təbii ki, ürəkaçan hal deyil. Bəzi insanlar canlandırdığım xarakter kimi bu tip şeylərə maraq duyduğumu düşünür, lakin bu belə deyil. Aktrisayam və mənə təklif olunmuş vəziyyəti oynayıram.”
Conson “Gucci” brendinə məxsus, açıq mavi libası ilə gecəyə damğa vurub. Qırmızı xalıda yeriyən aktrisa cəsur sinə və kürək dekoltesi ilə hamını özünə heyran edib.
Aktrisa “Atanız filmi izləyib?” sualına qəhqəhə ataraq cavab verib: “Xeyir! Şükürlər olsun ki, atam filmi izləməyib və izləməyi də düşünmür.”
Tərəf müqabili Ceymi Dorhanın heyranlarının onu təhdit etdiyini açıqlayan aktrisa hal-hazırda bunu ciddiyə almadığını, lakin təhdidlər artarsa, qoruma tutacağını deyib.
Qeyd edək ki, festivalın sonuncu günündə cazibədar aktrisa Monika Belluçi və alman aktyor Daniel Brühldə olub.
www.yenicag.az