Məşhur aktrisadan doğum günü ETİRAFI: “Bundan gözəl hədiyyə ola bilməz”

media-hightechnic-468x90

 

Tanınmış aktrisa, Xalq artisti Həmidə Ömərovanın doğum günüdür.

Yenicag.az-a açıqlama verən aktrisa doğum günü ilə bağlı təəssüratlarını bölüşüb:

“Səhərdən telefonlarım susmur, hamı təbrik edir. Canlı bağlantılar, dəvətlər, görüşlər – qaçaqaçdayam. Xalqımın, insanların, tamaşaçılarımın mənə olan sonsuz sevgisindən gözəl hədiyyə ola bilməz. Bu sevgi qarşılıqlıdır. Xoşbəxt aktrisayam ki, sevilirəm”.

Sənətçi ən böyük arzusunu da dilə gətirib:

“Gənclik illərində arzuladığım rollar olub. Arzulayırdım ki, “Çalıquşu”nu oynayım. Amma indi arzumdur ki, tarixi bir filmdə rol alım. Bunun üçün də arzulayıram ki, tarixi əks etdirən çox sayda filmlərimiz çəkilsin, orada möhkəm və güclü xarakterli qadın obrazını yaradım”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600