Məşhur aktrisaya 10 ay həbs cəzası verildi

media-hightechnic-468x90

 

800020Məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan aktrisa Nehir Erdoğana 10 ay həbs cəzası verilib.

İstanbul Məhkəməsində dünən baş tutan prosesə 2 ilə qədər həbs olunması istənilən oyunçu Nehir Erdoğan da qatılıb. Məhkəmədə ilk dəfə ifadə verən Ərdoğan Türkiyədə narkotik istifadə etmədiyini bildirib:

“Amsterdamda bir dəfə istifadə etdim. Türkiyədə istifadə etməmişəm. Bu haqda iddialar doğru deyil. Narkotik istifadəçisi deyiləm”.

Məhkəmə aktrisaya əvvəl narkotik istifadə etdiyi üçün 1 il həbs cəzası versə də, güzəşt edərək 10 ay həbs cəzasına məhkum edib. Daha sonra isə məhkəmə qərarın açıqlanmasını təxirə saldığını və oyunçu 5 il ərzində cinayət törətməsə, ona cəza verilməmiş sayılacağını açıqlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa