Məşhur aktrisaya sevgilisi xəyanət etdi-Fotolar
Türkiyəli aktrisa Ceyda Atəşin sevgilisi Buğra Toplusoy ona xəyanət edib.
Aktrisa ilə evlənməyinə qarşı çıxan valideynləri ilə küsən və ABŞ-a gedən B.Toplusoy gənc bir xanımla görüntülənib. Şəkilləri bu gün mediada yayılan Buğranın 3 aydır fransız gözəllə birlikdə yaşadığı məlum olub.
Qeyd edək ki, yayın əvvəlində iş adamı Turqut Toplusoyun oğlu ilə ailə qurmağa hazırlaşan Ceyda yeni bir serialda çəkilməyə hazırlaşdığı üçün nikahı təxirə salmışdı.
C.Atəşi gəlin kimi istəməyən iş adamının oğlu ilə münasibəti pisləşmiş və Buğra atasının şirkətindəki işini tərk edərək ölkədən getmişdi. Ceydaya xəyanət edən B.Toplusoyun hazırda Amerikada dostunun evində qaldığı deyilir.