Məşhur aktyorun qızı GÖZYAŞINA BOĞULDU: “Yoxluğu ilə barışmıram”

media-hightechnic-468x90

 

“Evin hər küncündən atam boylanır. Onun yoxluğunu hələ də qəbul edə bilmirəm. Yəqin ki, ömrümün sonuna qədər də onun yoxluğu ilə barışmayacağam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında bu gün vəfatından 40 gün ötən Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

Göz yaşlarına boğulan Aytən atasının yoxluğu ilə barışmayacağını bildirib:

“Atam xalqın sevilən sənətkarı idi. Adını Azərbaycan kino tarixinə əbədi yazdırdı. O, çəkildiyi filmlərdə canlandırdığı obrazları kimi əbədi yaşayacaq. Həyatını, ömrünü kinoya həsr etmişdi, sənət fədaisi idi atam. Hətta xəstə yatağında olanda da belə yaradıcılıq arzuları və filmlərə çəkiləcəyi günün həsrəti ilə yaşayırdı. Vəfatından 40 gün keçir, amma bir saniyə də olsun, yadımdan çıxmayıb. Onun xatirələri mənim üçün həmişə diridir. Gözəl sənətkar olmaqla bərabər, həm də çox gözəl ata idi. Fəxr edirəm ki, elə dəyərli şəxsiyyətin və sənətkarın qızıyam”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600