Məşhur aparıcıdan SƏRT İSMARIŞ: “Təhqir isə sahibini kiçildir”

media-hightechnic-468x90

“Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında tanınmış aparıcı, Əməkdar artist Nailə İslamzadə bölüşüb.

O, sosial platformalarda özünü təhqirlə ifadə edən insanlarla bağlı iradlarını səsləndirib:

“Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil. Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadır. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da, qarşımıza çıxanları gördüyümüzdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05