Məşhur bacılar KÜSÜLÜDÜR? – “Aramızda inciklik olmuşdu, amma indi...” - AÇIQLAMA

media-hightechnic-468x90

Tanınmış müğənni Fədayə Laçınla bacısı İlahə Fədanın küsülü olduğu iddia edilir.

Rusiyadan Bakıya gələn Fədayənin verilişlərdə və evində aparılan çəkilişlərdə bacısının iştirak etməməsi, yalnız anası ilə görünməsi bu söz-söhbəti daha da alovlandırıb.

Yenicag.az xəbər verir ki, sənətçi bacısı ilə aralarındakı münasibətə aydınlıq gətirib.

O, bir müddət öncə bacısı ilə aralarında küsülülük yarandığını təkzib etməyib:

“İlahə mənim böyük bacımdır, münasibətimiz də yaxşıdır. Bir vaxtlar aramızda inciklik olmuşdu. Səbəb də bu idi ki, sözünə baxmamışdım, o da küsmüşdü.

Amma indi hər şey yaxşıdır, sözündən çıxmıram. İlahə nə deyir, deyirəm, sən düz deyirsən”.

Fədayə bacısının Avropada olduğunu, buna görə də verilişlərə tək qatıldığını bildirib.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600