Cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək mərhum Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi sabah keçiriləcək.
Bunu Yenicag.az-a açılamasında “SOY” prodakşının rəhbəri Oqtay Əliyev deyib.
“Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi məkan müəyyən olunub. Qızı bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq”.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda qızının yanında dünyasını dəyişib.
Cəvahir
www.yenicag.az