!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur bəstəkarın xanımı: “O "rakka-çıkka" mahnılar üçgünlükdür, Tahir Əkbər musiqiləri isə...”

!Reklam – Yazi

“O “rakka-çıkka” mahnılar üçgünlük-beşgünlükdür, amma tarixdə Tahir Əkbərin ölməz musiqiləri qalacaq…”

Bunu mərhum bəstəkar, yüzlərlə hit mahnıların müəllifi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a açıqlamasında deyib.

O, məşhur bəstəkarın yaratdığı canlı musiqi xəzinəsinə baxmayaraq Bəstəkarlar İttifaqında ona qarşı laqeyd münasibətin hökm sürməsindən gileylənib:

“Tahir Əkbərin dünyasını dəyişdiyi vaxtdan beş il keçib. Amma təəssüflər olsun ki, Bəstəkarlar İttifaqı onun ruhuna qarşı laqeyd münasibət nümayiş etdirməkdən əl çəkmir. Onun bir fotosu belə ittifaqın divarından açılmayıb. Bu, nə deməkdir? Bu, nə sayqısızlıqdır? Bir dəfə bu barədə saytınıza danışdım, düşündüm ki, ittifaq öz səhvini düzəldər, amma heç bir nəticə olmadı.

Biganəlik hələ də davam edir. Demək olar ki, hər gün onun musiqilərinə tələbat artır. Keçmiş bəstəkarları nəzərə alsaq, əgər mahnı janrında bəstələyən beş bəstəkarın adı sevilərək anılırsa, onlardan elə birincisi Tahir Əkbərdir. Həmişə o bir söz deyərdi, Azərbaycana elə bir musiqi xəzinəsi bəxş etmişəm ki, illər boyu məni axtaracaqlar. Bu gün həmin gündür.

Azərbaycan musiqisi hələ ki, Tahir Əkbərlə bitib. Daha o cür bəstəkarlar yetişmir. 20 il əvvəl onun bəstələdiyi mahnılar bu gün də efirlərdə, radiolarda, “Yutub”da səsləndirilir, sevilir. Tahir Əkbərdən bir də olmayacaq. Bu gün Tahir Əkbərin fotosunu Bəstəkarlar İttifaqının divarlarında görmürük, amma zaman gələcək onun adına küçə də olacaq, musiqi məktəbi açılacaq. Elə Bəstəkarlar İttifaqında onun fotosu da yuxarı başda olacaq. Zaman hər şeyi yoluna qoyur. Tahir Əkbər onsuz da əsərləri ilə tarixdə öz möhürünü vurub”.

Cəvahir

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv