“Belə pisliklərin ömrü uzun olmur, həqiqət əvvəl-axır gəlib bizə çatır, dostumuzu, düşmənimizi tanımalı oluruq”.
Bu fikirləri aktrisa Elvina Atakişiyeva Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa özünə və həyat yoldaşı Elvin Ağayevə edilən paxıllıqdan danışıb:
“O qədər maddi imkanı olmayan, gündəmdənkənar, efirə yaxın düşə bilməyən aktyor və aktrisalara görə kimlərəsə ağız açıb xahiş etmişik ki… Amma üstündən 10 gün keçməmiş eşitmişik ki, arxamızca danışır, yanımızdan keçəndə salamı güclə verir.
Belə hallar da başımıza çox gəlib. Ailəmizin içi bilib, çörək kəsdiyimiz “dost”larımız üzümüzə gülüb, arxamızca iş çeviriblər.
Bizə “badalaq” vurub, yolumuzu kəsiblər. Sonradan çəkiliş meydançasında görmüşük ki, həmin adamlar bizi yox, başqa aktyor və aktrisaları çəkiblər.
Təbii ki belə pisliklərin ömrü uzun olmur, həqiqət əvvəl-axır gəlib bizə çatır, dostumuzu, düşmənimizi tanımalı oluruq. Çünki rejissorlar da, özünə hörmət edən aktyor və aktrisalar da yaxşı bilir ki, biz işimizə, ən əsası, özümüzə hörmət edirik.
Onsuz da ruzini verən Allahdır və Allah bizim ruzimizi yetirir. Paxıllıq, pislik elə o adamların özünə qalır. Tanıyanlar yaxşı bilir, həyat yoldaşım aktyor Elvin də, mən də gündəmdə qalmaq xatirinə özümüzü, ailəmizi, sənətimizi oyuncağa çevirmirik. Heç buna ehtiyacımız da yoxdur”.
Cəvahir
www.yenicag.az