Məşhur diktor özəl günündə KÖVRƏLDİ: “Onsuz mənə çox ağırdır”

media-hightechnic-468x90

“Doğum günümdür, amma ürəyim açılmır. Gözüm hər yerdə Validi axtarır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında doğum günü olan məşhur diktor, Xalq artisti Ofeliya Sənani deyib.

Göz yaşlarına hakim ola bilməyən diktor mərhum həyat yoldaşını xatırlayaraq kövrəlib:

“Doğum günümdür, amma əvvəlki illərdə keçirilən doğum günlərimin xiffətini çəkirəm. O sevinc indi yoxdur. Qohum-əqrəba beş gün əvvəl yığışıb, restoranda xudmani məclislə doğum günümü qeyd etdilər. İnan ki, təzə paltar da geyinmədim, çünki ürəyim açılmırdı. Validin sağlığında hər il doğum günlərim xüsusi qeyd olunurdu. İlk hədiyyəmi ondan alırdım. Onun yoxluğu məni çox məyus edir, onsuz çox ağırdır. Xoşbəxtəm ki, onun kimi ömür-gün yoldaşım olub. Bir dəfə də olsun, məni incitmədi, qəlbimi qırmadı. Dava-dalaş, mübahisə nədir, bilmədim. Bir dəfə də olsun, işə taksi, ya da avtobusla getmədim, özü aparıb-gətirirdi. Nəyəsə əsəbiləşəndə o məni sakitləşdirirdi. İndi doğum günümdə gözüm onu axtarır, kaş qapı açılaydı, içəri girib, “Ofa, doğum günün mübarək” deyib məni təbrik edəydi. İndi ancaq xatirələri ilə ovunuram”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600