Məşhur futbol klubu müflis oldu

media-hightechnic-468x90

Fransanın “Ayaçço” futbol klubu iflas proseduruna başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Qeyd olunub ki, avqustun 18-də komanda Ayaçço Şəhər Məhkəməsinə müflis olduğu ilə bağlı müraciət edib. 180 əməkdaş klubdan çıxarılacaq, təlim mərkəzi isə bağlanacaq.

Xatırladaq ki, avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan “Ayaçço”nun bütün milli yarışlardan kənarlaşdırıldığını açıqlayıb. Klub üçüncü diviziona müraciət edə biləcəyinə ümid edir, lakin FFF-nin qərarından apellyasiya şikayəti vermək üçün bir neçə yüz min avro toplamalıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa