Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur Hollivud cütlüyü Türkiyədən villa aldı

скачанные файлы (2)“Oskar” mükafatlı Hollivud cütlüyü Angeline Jolie və Brad Pitt 2.6 milyon dollara İzmirin Urla mahalı yaxınlığında villa satın alıb. SİA-nın verdiyi xəbərə görə, dənizdən bir neçə metr uzaqlıqdakı villa 7 yataq otağı, iki qonaqotağı, xüsusi hovuz və idman zalından ibarətdir.
Villanı dünyaca məşhur ulduzlarla əmlak satışı əməkdaşlığını edən “Proto Organization”in nümayəndəsi Alessandro Proto tapıb. Təşkilatın Türkiyə nümayəndəsi Oya Paktaş vasitəsilə villanı bəyənən Jolie və Pitt Türkiyəyə aşiq olduqlarını və buna görə bu villa aldıqlarını söyləyiblər.
Cütlüyün 2016-ci ilin yayında tətil üçün Türkiyəyə gələcəyi və tətillərini yeni aldıqları bu villada keçirəcəkləri qeyd edilir.

www.yenicag.az

269