Məşhur müğənni tanınmaz hala düşüb
Tanınmış müğənni imicini dəyişib. Bengü yeni albomu üçün görünüşünü dəyişib. Onun bu görünüşü pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb.
Güclü səsi və gözəlliyi ilə dillər əzbəri olan popçunun qaşları demək olar ki, yoxdur. 35 yaşlı müğənni qaşlarının yeni vəziyyəti ilə lağ obyektinə çevrilib.
Müğənni “Sahici” mahnısına çəkdiyi klipində qaşlarını açıq rəngə boyayıb. Onun bu halını ötən gün Bebekdə olan jurnalistlər çəkə biliblər.
İfaçının saçlarıda qısalıb. Zil qara saçlı müğənni qaşlarını klipindən sonra düzəltdirməyib. Onun dərisinində elastikliyini itirdiyi və sallandığı gözdən yayınmayıb. (anspress.com)